Menyu

DİN: Lənkəranda körpənin atalığı tərəfindən döyülməsi faktı ilə bağlı araşdırma aparılır

Operativ Media
DİN: Lənkəranda körpənin atalığı tərəfindən döyülməsi faktı ilə bağlı araşdırma aparılır

Üçyaşlı uşağın atalığı tərəfindən döyülməsi faktı ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.

Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Bildirilib ki, hazırda faktla bağlı müvafiq ekspertiza təyin edilib, araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək.

Qeyd edək ki, 2023-cü il təvəllüdlü Ə.E müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Uşağa ilkin tibbi xidmətlər göstərilib, vəziyyəti ağır qiymətləndirilir. Uşağın səhhəti və təhlükəsizliyi nəzarətə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər