Menyu

Sahib Alıyev: Sosial şəbəkələrdə radikallaşma və qütbləşməyə qarşı tədbirlər görülməlidir

Xəbərlər redaksiyası
Sahib Alıyev: Sosial şəbəkələrdə radikallaşma və qütbləşməyə qarşı tədbirlər görülməlidir
2 dəq oxu

“Azərbaycanın sosial şəbəkə seqmentində sistemli şəkildə radikallıq, qəzəb və nifrət aşılanır, cəmiyyətdə qütbləşmə yaratmağa, milli dəyərləri və dövlət institutlarını gözdən salmağa cəhdlər olunur”.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, sosial platformalar alqoritmlər, psixoloji manipulyasiya və rəqəmsal “əks-səda kameraları” vasitəsilə radikallaşma və sosial qütbləşməni gücləndirə bilər.

Sahib Alıyev qeyd edib ki, neqativ, qorxulu və hədəf göstərən məzmunlara daha həssas reaksiya verilməsi səbəbindən alqoritmlər qıcıqlandırıcı və aqressiv paylaşımları önə çıxara bilir.

Deputatın sözlərinə görə, istifadəçinin baxışları müəyyənləşdirildikdən sonra ona daha kəskin və mövqeyinə uyğun məzmunlar təqdim olunur:

“Çünki insanlar öz inanclarını, siyasi baxışlarını və dünyagörüşlərini təsdiqləyən məlumatları görməyə meyllidirlər. Fərqli fikirlər isə beyində diskomfort yaradır”.

O əlavə edib ki, alternativ rəylərdən təcrid olunan fərd öz qrupundakı radikal fikirlərin mütləq doğru olduğunu düşünə, nəticədə cəmiyyət kəskin şəkildə iki cəbhəyə bölünə bilər.

Sahib Alıyev Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktında (DSA) sosial qütbləşməni stimullaşdıran alqoritmlərlə bağlı müddəaların olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, söhbət əsasən DSA-nın 27, 34, 35, 38 və 40-cı maddələrindən gedir.

Deputat bildirib ki, Azərbaycanda da sosial şəbəkələrlə bağlı qanunvericilik daha da təkmilləşdirilməlidir:

“Bu ilin yayında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara düzəlişlərdən sonra ilk dəfə “sosial şəbəkə platforması”, “platforma provayderi”, “alqoritmlər üzərində birbaşa nəzarət” kimi anlayışlar bizim qanunvericiliyə gətirildi, amma vəziyyəti dəyişmək üçün biz Avropa İttifaqının təcrübəsini nəzərə almaqla onu daha da təkmilləşdirməliyik”.

Sahib Alıyev daha bir təklifinin “Azərbaycan Respublikası Milli Məclisinin Komitələri haqqında” qanuna dəyişikliklə bağlı olduğunu deyib.

O bildirib ki, Milli Məclisin komitələri profillərinə aid məsələlərlə bağlı bəyanatlar yaymaq səlahiyyətinə malik olmalıdır.

“Hazırda üzləşdiyimiz reallığı və güclü parlament ənənələri olan ölkələrin təcrübələrini nəzərə alaraq, baş verənlərə daha operativ reaksiya verməsi üçün Milli Məclisin Komitələrinin də profillərinə aid məsələlərdə bəyanat yaya bilmələrini zəruri sayıram”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, bunun üçün “Azərbaycan Respublikası Milli Məclisinin Komitələri haqqında” qanunun 6-cı maddəsinə dəyişiklik edilməlidir. Sahib Alıyev qeyd edib ki, hazırda həmin maddədə komitələrin yalnız rəy və qərar vermək səlahiyyəti tanınır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər