Menyu

Bəhruz Məhərrəmov: “İnformasiya məkanı beynin zəhərləndiyi poliqona çevrilməməlidir”

Xəbərlər redaksiyası
Bəhruz Məhərrəmov: “İnformasiya məkanı beynin zəhərləndiyi poliqona çevrilməməlidir”
1 dəq oxu

“İnformasiya məkanı dövlətimizin suverenlik hüdududur və bura kütlələrin beynini zəhərlədiyi bir poliqon ola bilməz”.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Bəhruz Məhərrəmov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, müasir dövrdə informasiya mühiti yalnız xəbər axını deyil, həm də dövlətin milli təhlükəsizliyinə və strateji maraqlarına birbaşa təsir edən amildir.

Bəhruz Məhərrəmov son zamanlar Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə seqmentlərində Azərbaycana qarşı qərəzli və aqressiv hücumların olduğunu bildirib. O vurğulayıb ki, bu kampaniyalar Türkiyə dövlətinin rəsmi mövqeyini və türk xalqının Azərbaycana münasibətini ifadə etmir.

Deputat bu təxribatların maliyyə mənbələrinin və idarəetmə mərkəzlərinin araşdırılması üçün parlamentlərin nəzarətində birgə təhqiqat qruplarının yaradılmasını təklif edib.

O bildirib ki, bu məqsədlə ilk növbədə Türkiyə ilə aidiyyəti hüquq-mühafizə və xüsusi xidmət orqanlarının da cəlb olunması mümkündür.

Bəhruz Məhərrəmov daha sonra dünyəviliyin qorunması məsələsinə toxunub. O, din pərdəsi altında fəaliyyət göstərən bəzi radikal qrupların məktəbləri, müəllimləri və ayrı-ayrı şəxsləri hədəfə aldığını və bunun milli təhlükəsizlik üçün təhdid olduğunu bildirib.

Deputat dövlətin dünyəvi əsaslarını və milli birliyi hədəfə alan fəaliyyətlərə görə cəza tədbirlərinin sərtləşdirilməsinin Milli Məclisin 2026-cı il payız sessiyasının qanunvericilik işləri planına daxil edilməsini təklif edib.

Bəhruz Məhərrəmov internet yayımçılığı ilə bağlı da təklif səsləndirib. O bildirib ki, şəxsi həyat, məişət və əyləncə xarakterli, ictimai sağlamlıq və mənəviyyat üçün təhlükə yaratmayan yayımlara müdaxilə edilməməlidir.

Deputatın sözlərinə görə, cəmiyyətdə qarşıdurma yaratmağa xidmət edən qızışdırıcı və təhrikedici yayımlar isə nəzarətə götürülməlidir.

“Məhz bu təhlükələri önləmək üçün təklif edirəm ki, bu məsələ Milli Məclisin cari 2026-cı il payız sessiyasının qanunvericilik işləri planına və gündəliyinə salınsın”, - deyə Bəhruz Məhərrəmov bildirib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər