Bolqarıstan klubunun prezidenti öldürülüb
Bolqarıstanın Plovdiv şəhərində “Botev” futbol klubunun prezidenti İliyan Filipov öldürülüb.
Operativ Media xəbər verir ki, hadisə sentyabrın 30-na keçən gecə baş verib. Bolqarıstan Daxili İşlər Nazirliyinin məlumatlarına istinad edən “Nova”nın xəbərinə görə, Filipov futbol matçından sonra evinə gedərkən öldürülüb.
Polis və prokurorluq nümayəndələri keçirilən brifinqdə hadisənin qətl olduğunu təsdiqləyiblər. İstintaq sirri səbəbindən hadisənin digər detalları açıqlanmayıb.
Hazırda hadisə yerində prosessual-istintaq tədbirləri həyata keçirilir. Araşdırma yenicə başlayıb və hüquq-mühafizə orqanları hadisənin bütün mümkün versiyalarını nəzərdən keçirirlər.
İlkin məlumata görə, Filipovun ölümünə başından açılan atəş səbəb olub.
İliyan Filipov futbol klubunun prezidenti olmaqla yanaşı, tanınmış iş adamı idi. O, nəqliyyat və tikinti şirkətlərinin sahibi olub.
dəqiqələr içində saytın olsun.