Menyu

Deputat: “Bu gün 300-500 min evdən bələdiyyələr vergi yığa bilmir”

Xəbərlər redaksiyası
Deputat: “Bu gün 300-500 min evdən bələdiyyələr vergi yığa bilmir”
2 dəq oxu

“Bu gün 300-500 min evdən bələdiyyələr vergi yığa bilmir”

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, qanunvericilik təşəbbüsləri ilə bağlı yalnız Regional məsələlər komitəsinin deyil, digər komitələrin də bu məsələlərə diqqət yetirməsi vacibdir.

Siyavuş Novruzov qeyd edib ki, bələdiyyələrin maliyyə imkanlarının artırılması üçün vergilərin toplanması məsələsinə diqqət yetirilməlidir:

“Birinci növbədə bələdiyyələrin topladığı vergilərlə əlaqədar bələdiyyələrin vəsaitlərinin çox olması və onun da əhalinin problemlərinin həll olunması ilə əlaqədardır. Qanunsuz evlərin qeydiyyatıdır. Öz evləri qeydiyyatda deyil və onlar bələdiyyəyə ildə bir dəfə əmlak vergisi verməlidir. Bu vergini vermir. Və nəticə etibarilə 300 min-500 min evdən bu gün bələdiyyələr vergi yığa bilmir”.

Komitə sədri bunun Vergi Məcəlləsində və digər məcəllələrdə nəzərdə tutulmasının və bununla bağlı addımlar atılmasının vacibliyini vurğulayıb.

O, həmçinin fiziki və hüquqi şəxslər üçün bələdiyyə vergilərinin eyni müəyyənləşdirildiyini deyib:

“İkincisi, fiziki şəxsdən, hüquqi şəxsdən eyni vergi verilir. Halbuki başqa sahələrdə, suda, qazda, işıqda üç dəfə fiziki şəxsdən, hüquqi şəxsdən fiziki şəxs daha çox vergi alırlar. Amma bələdiyyələrdə ikisində eyni nəzərdə tutulubdur. Və bu da bələdiyyələrin maddi fondunun yaxşılaşdırılmasına imkan yaratmır”.

Siyavuş Novruzov bələdiyyələrin xəritələrinin hələ də tam şəkildə təqdim edilmədiyini də diqqətə çatdırıb.

“Üçüncüsü, bələdiyyələrin xəritələri hələ də 27 il keçməsinə baxmayaraq verilməyibdir. Bilirsiniz ki, cənab Prezident tərəfindən böyük bir müşavirə keçirildi, qeyri-neft sektorundan başqa, baxmadan sənaye sahələrinin istismarı nəzərdə tutulubdur. Bunlardan da bələdiyyə əraziləri nədir. Bu xəritələr verildikdən sonra bu məsələlər dəqiqləşdirilməlidir”, - deyə o bildirib.

Komitə sədri qeyd edib ki, məsələ ilə bağlı Nazirlər Kabineti qarşısında dəfələrlə məsələ qaldırılıb:

“Biz Nazirlər Kabineti qarşısında dəfələrlə məsələ qaldırmışıq. Hələ indiyə qədər 27 ildir tam şəkildə bələdiyyələrin mülkiyyətinin xəritəsi bələdiyyələrə təqdim olunmayıb. Ona görə də bu məsələyə də diqqət yetirilməlidir”.

O əlavə edib ki, qanunvericilikdə atılacaq addımlar həm bələdiyyələrin inkişafına, həm də əhalinin yaşadığı ərazilərdə abadlıq və quruculuq işlərinə dəstək ola bilər.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər