Menyu

Azərbaycanın yeni MB-24000 lazer sistemi sınaqdan keçirilib

Operativ Media
Azərbaycanın yeni MB-24000 lazer sistemi sınaqdan keçirilib
1 dəq oxu

“MB-24000 yüksək enerjili lazer sistemi hava hücumundan müdafiə məqsədilə yüksək sürətlə hərəkət edən hava hədəflərinin aşkarlanması və məhv edilməsi üçün nəzərdə tutulub”.

Operativ Media xəbər verir ki, bunu Müdafiə Sənayesi Nazirliyinə məxsus "Zireh" MMC-nin rəhbəri Abbas Quliyev ADEX 2026 Beynəlxalq Müdafiə Sərgisində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, MB-24000 sistemi radar və kamera sistemindən ibarətdir. Sistemin radarının effektiv aşkarlama məsafəsi 8 kilometrdir.

“Hazırda sistem sınaqdan keçirilib. Təxminən 3 kilometr məsafədə kiçik ölçülü hədəflərin aşkarlanması və zərərsizləşdirilməsi üzrə sınaqlar həyata keçirilib. Hazırda sistemin üzərində 8 kilometr effektiv məsafəyə malik radar quraşdırılıb. Bu radar sistemi ilə 8 kilometrədək hədəfləri aşkarlamaq və izləmək mümkündür”, – deyə Abbas Quliyev qeyd edib.

O bildirib ki, lazer sisteminin effektiv fəaliyyət məsafəsi 300 metr-4 kilometr, gücü isə 24 kVt-dır.

Abbas Quliyev əlavə edib ki, MB-24000 süni intellekt əsaslı izləmə sistemi ilə təchiz olunub.

Şirkət rəhbərinin sözlərinə görə, sistem gündüz, termal və lazer şüasının müşahidəsi üçün kamera sistemi ilə də təchiz olunub. Sistemdə maye soyutma texnologiyasından istifadə edilir.



Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər