İnsanlar ixtisaslarına uyğun iş tapmaqda çətinlik çəkirlər - VİDEO
Nicat Hüseynli
1 dəq oxu
Əmək bazarında insanların təhsil aldıqları ixtisasdan fərqli sahələrdə çalışması geniş yayılıb. Mütəxəssislər bunu əsasən uyğun vakansiyaların və inkişaf imkanlarının məhdudluğu ilə əlaqələndirirlər.
Operativ Media "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, bəzi şəxslər ixtisasları üzrə kifayət qədər əməkhaqqı və karyera imkanları əldə edə bilmədikləri üçün başqa sahələrə yönəlirlər. Digər səbəb isə gənclərin ixtisas seçərkən şəxsi maraq və potensialdan çox kənar təsirlərə üstünlük verməsidir.
Ekspertlər ali təhsil zamanı nəzəri biliklərlə yanaşı praktiki bacarıqların formalaşdırılmasının vacibliyini vurğulayırlar. Bildirilir ki, ixtisasla əmək bazarının tələbləri arasındakı uyğunluq karyera quruculuğunda mühüm rol oynayır.
Ətraflı videoda:
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Sorğu