Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiya Respublikasında səfərdədir.
Bu barədə Operativ Media-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Səfərin məqsədi Azərbaycan Respublikası Hökuməti ilə Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclasında iştirak etməkdir.
Sentyabrın 30-da Zaqreb şəhərində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə Xorvatiya Respublikasının iqtisadiyyat naziri Ante Şuşnyar arasında ikitərəfli görüş keçirilib.
Nümayəndə heyətini salamlayan xorvatiyalı nazir iki ölkə arasında əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib. Deyib ki, Xorvatiya-Azərbaycan əlaqələri çoxşaxəlidir və son illərdə dinamik şəkildə inkişaf edir.
Mədəniyyət naziri Adil Kərimli Azərbaycan və Xorvatiya arasında Hökumətlərarası Birgə Komissiyanın 4-cü iclasının yüksək səviyyədə təşkilinə və nümayəndə heyətinə göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, Azərbaycan və Xorvatiya arasında münasibətlər möhkəm dostluq əlaqələri, qarşılıqlı hörmət və ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsinə dair ortaq maraq əsasında inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Xorvatiyanın Baş naziri Andrey Plenkoviç arasında müntəzəm təmaslar, eləcə də müxtəlif beynəlxalq platformalar çərçivəsində keçirilən görüşlər ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi üçün güclü siyasi zəmin yaradır.
Adil Kərimli Birgə Komissiyanın 2024-cü ildə Bakıda keçirilən 3-cü iclasında müxtəlif istiqamətlər üzrə qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı işlərin həyata keçirildiyini və bu istiqamətdə fəaliyyətin davam etdirildiyini bildirib.
Söhbət zamanı Azərbaycan-Xorvatiya əməkdaşlığının müxtəlif sahələr üzrə geniş perspektivlərə malik olduğu vurğulanıb.
dəqiqələr içində saytın olsun.