Menyu

Çoxsaylı analizlər xəstələr üçün əlavə xərc yaradır - VİDEO

Nicat Hüseynli
Çoxsaylı analizlər xəstələr üçün əlavə xərc yaradır - VİDEO
1 dəq oxu

Vətəndaşlar bəzi hallarda həkimlərin çoxsaylı analiz və müayinələr təyin etməsindən, nəticələrin isə digər həkimlər tərəfindən qəbul edilməməsindən narazıdırlar.

Operativ Media "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, tibbi ekspert Fərid Müseyibov hər bir analiz və müayinənin tibbi əsasının olmasının vacibliyini bildirib. Onun sözlərinə görə, yalnız zəruri hallarda əlavə müayinələr təyin edilməlidir.

Ekspert bəzi analiz nəticələrinin fərqli ola biləcəyini və xüsusilə KT, MRT və USM nəticələrinə əsasən təkbaşına yekun diaqnoz qoyulmamalı olduğunu qeyd edib.

TƏBİB-dən isə bildirilib ki, dövlət tibb müəssisələrində vətəndaşlar lazımsız analizlərə yönləndirilmir.

Ətraflı videoda:

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər