Samir Ağabalayev: Beynəlxalq müdafiə sərgisində 130-dan çox yerli məhsul nümayiş olunur
“Bu günlərdə Azərbaycanda beynəlxalq müdafiə sərgisi keçirilir. Sərgimiz kifayət qədər genişdir. 53 ölkədən 280 şirkət və 9 xarici nümayəndə heyəti sərgidə iştirak edir. Sərginin coğrafiyası, gördüyünüz kimi, çox genişdir və bununla bağlı Bakı Ekspo Mərkəzində beşinci pavilyon da istifadəyə verilib".
Operativ Media xəbər verir ki, bunu Müdafiə Sənayesi Nazirliyinin nümayəndəsi Samir Ağabalayev deyib.
O qeyd edib ki, daha bir özəlliyi ondan ibarətdir ki, hazırda yerləşdiyimiz dördüncü pavilyonda sırf Azərbaycan məhsullarından ibarət stendlər yer alır:
"Stendlərdə Azərbaycan məhsulları nümayiş etdirilir. Milli pavilyonumuzda Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi 130 adda məhsul nümayiş olunur.
Bu məhsullar arasında müvafiq çaplı sursatlar, artilleriya silahları, eyni zamanda pilotsuz uçuş aparatları, kamikadze dronları və digər məhsullar nümayiş olunur. Yeni məhsullarımız da var".
dəqiqələr içində saytın olsun.