Menyu

Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Operativ Media
Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb
1 dəq oxu

Oktyabrın 1-29-da Beyləqanda, Siyəzəndə, İsmayıllıda, Yevlaxda, Lökbatanda və Xırdalanda, 1-7-də Cəbrayılda, 1-14-də Samuxda və Lerikdə, 12-29-də Füzulidə, 16-29-də Göygöldə və Yardımlıda vətəndaşlara səyyar xidmət göstəriləcək.

Bu barədə Operativ Media-ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.

Cəbrayıl, Füzuli, Lerik, Beyləqan və Yardımlıda fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobuslarında isə iş qrafiki saat 11:00- dan 17:00-dək nəzərdə tutulub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər