Gəncədə orta məktəbdə baş vermiş zəhərlənmə faktı ilə bağlı araşdırma aparılır - YENİLƏNİB
Oktyabrın 1-də Gəncə şəhəri ərazisində yerləşən orta məktəblərdən birində 5 şagirdin qida zəhərlənməsindən xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Operativ Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zəhərlənmənin səbəbinin müəyyən olunması məqsədilə zəruri nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib, eləcə də araşdırma üzrə əhəmiyyət kəsb edən digər hərəkətlər aparılıb.
Xəstəxanaya müraciət edən şəxslər ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, səhhətləri normaldır.
***
14:13
Gəncə şəhərində orta məktəblərdən birində baş verən zəhərlənmə hadisəsi nəzarətdədir.
AQTA-dan Operativ Media-ya verilən məlumata görə, Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb.
Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
dəqiqələr içində saytın olsun.