Naxçıvan Ali Məclisinin deputatı Qəzənfər Abdullayev deputat mandatından məhrum edilib
Çingiz Həsənlinin sədrliyi ilə 2026-cı il oktyabrın 1-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə Naxçıvan MR Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
İclasda VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Abdullayev Qəzənfər İsmayıl oğlunun deputat mandatından məhrum edilməsinə köməklik göstərilməsi barədə ərizəsinə baxılıb. Ali Məclisin deputatı Abdullayev Qəzənfər İsmayıl oğlunun müraciəti qanunvericiliyə uyğun qaydada Mərkəzi Seçki Komissiyasında araşdırılıb və onun mandatından məhrum edilməsi üçün qanuni əsasın olduğu müəyyənləşib.
Mərkəzi Seçki Komissiyası Abdullayev Qəzənfər İsmayıl oğlunun ərizəsini nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun müvafiq maddələrinə uyğun olaraq onun deputat mandatından məhrum edilməsi barədə qərar qəbul edib.
dəqiqələr içində saytın olsun.