Menyu

Vüsal İsgəndərli: Özümüz özümüzü çətin vəziyyətə salmışdıq

Əziz Əzizli
Vüsal İsgəndərli: Özümüz özümüzü çətin vəziyyətə salmışdıq
1 dəq oxu

“Oyun komanda üçün ağır keçdi. Əslində, özümüz özümüzü çətin vəziyyətə salmışdıq. Bilmirəm, kameralar bunu göstərirdi, yoxsa yox, amma ehtiyatda olan futbolçuların son günlərdə göstərdiyi təzyiq və istək qələbə qazanmağımıza böyük kömək etdi”.

Bunu Operativ Media-ya açıqlamasında Azərbaycan milli komandasının üzvü Vüsal İsgəndərli deyib.

Millinin üzvü qarşılaşmanın çətin keçəcəyini əvvəlcədən bildiklərini və çoxsaylı qol imkanlarından yararlana bilmədiklərini qeyd edib.

“Çətin oyun olacağını bilirdik. Şükürlər olsun ki, qələbə qazandıq. Buna görə bütün azarkeşlərimizə, mediaya və bizə inanan hər kəsə təşəkkürümü bildirirəm. Çoxsaylı qol epizodlarımız oldu, lakin onlardan yararlana bilmədik. Nəyisə bəhanə gətirmək düzgün olmaz. Sadəcə, bir qədər özümüz özümüzə təzyiq yaradırıq. Bu epizodları klublarımızda çox rahatlıqla qola çeviririk, amma milli komandada nədənsə belə alınmır. Buna baxmayaraq, ruhdan düşməyəcəyik. Əlimizdən gələnin daha yaxşısını etməyə çalışacağıq”.

Vüsal İsgəndərli milli komandada xüsusilə bitiricilik baxımından problemlər yaşadıqlarını vurğulayıb.

“Xüsusilə milli komandada bitiricilik baxımından problem yaşayırıq. Məşqlərimizin bəlkə də 70 faizi bitiricilik üzərində qurulur. Baş məşqçimiz dəfələrlə deyir ki, daha istəkli və daha rahat olmalıyıq. O, bizə inanır və bildirir ki, problem yoxdur. Amma nədənsə bunu oyunlara tam şəkildə keçirə bilmirik. İnanıram ki, zamanla bu baxımdan da daha yaxşı nəticələr göstərəcəyik”, – deyə futbolçu bildirib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər