Emin Əmrullayev: Təhsil sahəsində qarşıda hələ görüləsi çox iş var
“Təhsilin əsas üç istiqaməti onun əlçatan, keyfiyyətli olması və hər bir vətəndaş üçün bərabər imkanlar yaratmasıdır. Nazirlik həm bölgələrdə, həm də paytaxtda bu istiqamətlər üzrə bərabər imkanların yaradılmasına çalışır”.
Operativ Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu”nda çıxışı zamanı deyib.
Nazir PISA nəticələrinə də toxunaraq bildirib ki, Bakı şəhərinin göstəriciləri əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Onun sözlərinə görə, bu, görülən işlərin müəyyən dərəcədə ölçülə bilən nəticəsidir və bu prosesdə əsas zəhmət sahibləri müəllimlərdir.
“Bununla yanaşı, PISA nəticələri göstərir ki, təhsil sahəsində qarşıda hələ görüləsi çox iş var. Təhsil yalnız müəllimin və ya bir şəxsin işi deyil, bütün tərəflərin əməkdaşlığını tələb edən bir sahədir”, – deyə Emin Əmrullayev qeyd edib.
dəqiqələr içində saytın olsun.