Menyu

Məhkəmə ekspertizası fəaliyyətinin elektron qaydada aparılması proseduru müəyyənləşir

Operativ Media
Məhkəmə ekspertizası fəaliyyətinin elektron qaydada aparılması proseduru müəyyənləşir
1 dəq oxu

Məhkəmə ekspertizası fəaliyyətinin elektron qaydada aparılması proseduru müəyyənləşir.

Operativ Media xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, məhkəmə ekspertizası fəaliyyətinin elektron qaydada həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə təmin ediləcək. Məzmununda dövlət sirri təşkil edən məlumat olanlar istisna olmaqla məhkəmə ekspertizasının təyin edilməsinə dair elektron qaydada göndərilən qərarların (qərardadların) qəbulu, həmin qərarların (qərardadların) icraata yönəldilməsi, habelə məhkəmə ekspertizasının sifariş edilməsi ilə bağlı müqavilənin bağlanılması barədə müvafiq məlumatların göndərilməsi, məhkəmə ekspertizası idarələrinə və ya özəl məhkəmə ekspertlərinə rəsmi müraciətlərin qəbul edilməsi, məhkəmə ekspertizasının təyin edilməsinə dair elektron qaydada göndərilən qərarlar (qərardadlar) üzrə məhkəmə ekspertizalarının aparılması zamanı verilən vəsatətlərin, ekspert rəylərinin və ekspertizaların aparılmasından imtina ilə bağlı məlumatların göndərilməsi müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə təmin ediləcək. Müvafiq icra hakimiyyəti orqanının informasiya sistemində formalaşdırılan sənədlər "Elektron imza və elektron sənəd haqqında" qanunla müəyyən edilmiş tələblərə uyğun olaraq tərtib olunacaq və rəsmiləşdiriləcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər