Menyu

Emin Əmrullayev: Süni intellektdən imtina etməklə təhsildə irəli getmək mümkün deyil

Ayşən Sadıxzadə
Emin Əmrullayev: Süni intellektdən imtina etməklə təhsildə irəli getmək mümkün deyil
1 dəq oxu

“Süni intellekt müəllim fəaliyyətinin və şagird nailiyyətlərinin daha sürətli ölçülməsi, eləcə də bu iki göstərici arasındakı əlaqənin daha yaxşı müəyyənləşdirilməsi üçün mühüm imkanlar yarada bilər”.

Operativ Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu”nda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, müəllimin dərsi və vaxtı idarə etməsi, şagirdlərdə motivasiya yaratması kimi müxtəlif fəaliyyət komponentləri barədə məlumatlar mövcuddur. Lakin bu komponentlərin ayrı-ayrı müəllim, sinif və məktəb kontekstində şagirdlərin öyrənməsinə təsirinin hansı səviyyədə olduğu hələ tam müəyyənləşdirilməyib.

Emin Əmrullayev qeyd edib ki, süni intellekt mövcud məlumatları əlaqələndirməyə və daha sürətli qərarlar qəbul etməyə imkan verə bilər. Bunun üçün isə təhsil işçilərinin süni intellektdən istifadə bacarıqlarının inkişaf etdirilməsi vacibdir.

Nazir vurğulayıb ki, süni intellektdən imtina etməklə təhsilin inkişafında irəli getmək mümkün deyil.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər