Menyu

Nazir süni intellektin təhsildə yaratdığı imkanlardan danışıb

Ayşən Sadıxzadə
Nazir süni intellektin təhsildə yaratdığı imkanlardan danışıb
1 dəq oxu

“Süni intellekt artıq təhsil sisteminə daxil olan reallıqdır və əsas məsələ ondan necə səmərəli istifadə etməkdir. Müzakirə süni intellektin müəllimi əvəz edib-etməyəcəyi üzərində deyil, onun təhsilin inkişafına necə töhfə verə biləcəyi üzərində qurulmalıdır”.

Operativ Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu”nda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, süni intellektdən düzgün istifadə edən müəllim öz fəaliyyətini daha da inkişaf etdirə bilər.

Onun sözlərinə görə, xüsusilə şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsində süni intellekt mühüm imkanlar yaradır. Mətnlərin yoxlanılması, sual-cavabların qiymətləndirilməsi kimi proseslərin daha sürətli və obyektiv həyata keçirilməsi mümkün ola bilər.

Emin Əmrullayev bildirib ki, süni intellektin digər mühüm imkanlarından biri öyrənmə prosesinin və müəllim fəaliyyətinin ayrı-ayrı komponentlərinin daha sürətli ölçülməsi və təhlil edilməsidir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər