Menyu

Yol çökdükdə avtomobilə və ya vətəndaşa dəyən zərəri kim ödəməlidir?

Ayşən Sadıxzadə
Yol çökdükdə avtomobilə və ya vətəndaşa dəyən zərəri kim ödəməlidir?
1 dəq oxu

Yolun çökməsi nəticəsində avtomobilə və ya vətəndaşa zərər dəyərsə, bu zərərin kimin tərəfindən qarşılanmalı olduğu sualı gündəmə gəlir. Belə hallarda məsuliyyət avtomatik olaraq sürücünün və ya vətəndaşın üzərinə düşmür. Yolun hansı qurumun balansında olması, onun saxlanılmasına kimin cavabdeh olması və baş verən zərərlə yolun təhlükəli vəziyyəti arasında səbəbli əlaqənin olub-olmaması araşdırılmalıdır.

Mövzu ilə bağlı Operativ Media-ya vəkil Səma Əhmədova danışıb.

O bildirib ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, yol hərəkəti sahəsində dövlətin vəzifələrindən biri avtomobil yollarının təmiri və saxlanılması ilə bağlı fəaliyyətin, habelə yol hərəkətinin təhlükəsizliyinə təsir göstərən digər fəaliyyətin həyata keçirilməsi qaydalarını müəyyən etməkdir:

“Bu baxımdan, avtomobil yolunun təhlükəsiz vəziyyətdə saxlanılması, yol hərəkəti iştirakçıları üçün təhlükə yarada biləcək halların aradan qaldırılması və zəruri hallarda həmin təhlükələr barədə xəbərdarlıq edilməsi yol təsərrüfatına cavabdeh qurumların üzərinə düşən vəzifələrdəndir.

Əgər yolun çökməsi nəticəsində avtomobilə və ya vətəndaşa zərər dəyibsə və araşdırma nəticəsində müəyyən olunarsa ki, yolun lazımi qaydada saxlanılmaması və ya təhlükəli vəziyyətinin vaxtında aradan qaldırılmaması buna səbəb olub, zərərçəkən şəxsin dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

Burada əsas məsələ yolun hansı qurumun balansında olması, həmin qurumun yolun saxlanılması və təhlükəsizliyinin təmin edilməsi üzrə vəzifələri, həmçinin yolun çökməsi ilə dəymiş zərər arasında səbəbli əlaqənin sübut edilməsidir.

Ona görə də belə hadisələrdə vətəndaş zərəri öz üzərinə götürməli olduğunu düşünməməlidir. Hadisə sənədləşdirilməli, yolun vəziyyəti foto və video ilə qeydə alınmalı, zərərin məbləği müəyyən edilməli və yolun saxlanılmasına cavabdeh qurum müəyyənləşdirilməlidir. Bundan sonra qanunla nəzərdə tutulmuş qaydada zərərin ödənilməsi tələb oluna bilər”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər