Menyu

Dünya çempionatı: Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulur

Operativ Media
Dünya çempionatı: Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulur
1 dəq oxu

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının üçüncü günündə Azərbaycan millisinin üç üzvü tatami üzərinə çıxacaq.

Operativ Media xəbər verir ki, qadınların -57 kq çəki dərəcəsində Xədicə Qədəşova 1/32 final mərhələsində Qırğızıstan təmsilçisi Janar Joldoşeva ilə qarşılaşacaq.

Kişilərin -73 kq çəki dərəcəsində isə Hidayət Heydərov 1/32 finalda Kosovolu Akil Qyakova ilə üz-üzə gələcək.

Rəşid Məmmədəliyev isə 1/16 final mərhələsində Moldova təmsilçisi Adil Osmanov – Kanadanın nümayəndəsi Castin Lemir cütünün qalibi ilə qarşılaşacaq.

Təsnifat mərhələsi saat 10:30-da, final bloku isə saat 18:00-da başlayacaq.

Yarışları CBC Sport və Judo TV vasitəsilə canlı izləmək mümkün olacaq.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər