Menyu

DYP hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Şəfa Hüseynli
DYP hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
1 dəq oxu

Bakı Şəhər DYP İdarəsi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

Operativ Media-ya bu barədə İdarədən məlumat verilib.

''Yağış və çiskin zamanı yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması sürücülərdən daha çox diqqət və məsuliyyət tələb edir.

Sürücülərdən hava şəraitini düzgün qiymətləndirməyi, meteoroloji şəraitə uyğun sürət həddi seçməyi, nəqliyyat vasitələrinin şüşəyuyanları və şüşəsilgəclərinin müəyyən edilmiş rejimdə işləməsini yoxlamağı, həmçinin zərurət olmadan yollarda qəfil manevrlər və kəskin tormozlama hərəkətləri etməməyi xahiş edirik.

Piyadalar da öz növbəsində təhlükəsizlik qaydalarına daha ciddi əməl etməli, özlərinin və başqalarının həyatını təhlükəyə atmamalıdırlar'', - müraciətdə qeyd olunub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər