Gələn ildən neft və təbii qazın svop əməliyyatlarına ƏDV tətbiq edilə bilər
Azərbaycanda svop əməliyyatları çərçivəsində xam neft və təbii qazın idxalına tətbiq olunan ƏDV güzəştinin müddəti gələn ildən başa çatır.
Operativ Media xəbər verir ki, müvafiq qurumun verdiyi təsdiqedici sənəd əsasında svop əməliyyatları çərçivəsində xam neftin və təbii qazın idxalı 2024-cü il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilib.
Beləliklə, sözügedən güzəşt üzrə nəzərdə tutulan 3 illik müddət 2026-cı ilin sonunda başa çatır.
Güzəştin müddəti uzadılmadığı və ya qanunvericilikdə başqa qayda müəyyən edilmədiyi halda, 2027-ci il yanvarın 1-dən svop əməliyyatları çərçivəsində xam neft və təbii qazın idxalına ƏDV güzəşti tətbiq edilməyəcək.
Qeyd edək ki, sözügedən güzəştlərin müddətinin uzadılması ilə bağlı hələlik aidiyyəti rəsmi qurumlardan heç bir açıqlama verilməyib.
dəqiqələr içində saytın olsun.