Menyu

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib

Operativ Media
Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib
1 dəq oxu

Bakıda energetika naziri Pərviz Şahbazov və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri Lord Anas Sarvarın həmsədrliyi ilə Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyasının 8-ci iclası keçirilib.

Energetika Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, iclasda ticarət, enerji, rəqəmsal infrastruktur, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın inkişafı diqqət mərkəzində olub. Vurğulanıb ki, 39 milyard ABŞ dollarından çox investisiya ilə Birləşmiş Krallıq ölkəmizin ən böyük xarici investorudur və bu ilin ilk yarısında ikitərəfli ticarət dövriyyəsi 5,5 dəfə artaraq 3,6 milyard dollara çatıb. Tərəflər "bp" şirkəti ilə birgə layihələri, gələn il istismara veriləcək 240 MVt gücündə "Şəfəq" Günəş Elektrik Stansiyasını, yaşıl enerji dəhlizlərini və Orta Dəhliz boyunca Böyük Britaniyanın İxrac Kredit Agentliyinin iştirakı imkanlarını müzakirə ediblər.

Tədbirin sonunda yaşıl enerji, nəqliyyat və digər istiqamətləri əhatə edən 4 əməkdaşlıq sənədi, iclasın Protokolu və 10 istiqamət üzrə 60-dan çox tədbiri özündə ehtiva edən 2026-2027-ci illər üçün Fəaliyyət Planı qəbul olunub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər