Menyu

“Arsenal” Deklan Raysla müqaviləni yeniləyir

Operativ Media
“Arsenal” Deklan Raysla müqaviləni yeniləyir
1 dəq oxu

“Arsenal” yarımmüdafiəçi Deklan Raysla yeni müqavilənin imzalanmasına yaxındır.

Operativ Media xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Bildirilib ki, 27 yaşlı futbolçunun komandada qalmasında baş məşqçi Mikel Arteta şəxsən maraqlıdır. Rays da “Arsenal”da qalmağa hazırdır. Tərəflər yeni müqavilənin son detalları ilə bağlı danışıqları davam etdirirlər.

Deklan Rays 2023-cü ilin yayından “Arsenal”ın formasını geyinir. Onun hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Rays 2026/27 mövsümündə İngiltərə Premyer Liqasında 5 oyunda iştirak edib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” portalı 27 yaşlı yarımmüdafiəçinin bazar dəyərini 120 milyon avro qiymətləndirir.

“Arsenal” 12 xalla APL turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Lider “Mançester Siti”nin hesabında 15 xal var.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər