Laos millisinin futbolçusu danışılmış oyun şübhəsi ilə saxlanılıb
Laos millisinin futbolçusu Soukphachan Luenthala ASEAN çempionatında danışılmış oyunların təşkilində iştirak etmək şübhəsi ilə həbs edilib.
Operativ Media xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. 24 yaşlı “Salavan United” klubunun cinah oyunçusunun oyunlardan birinin nəticəsinin manipulyasiyasında Vyetnam mərc sindikatına yardım etdiyi ehtimal olunur.
Laos Futbol Federasiyası (LFF) mümkün qanun pozuntuları ilə bağlı əldə etdiyi məlumatları daha əvvəl hüquq-mühafizə orqanlarına təqdim edib. Turnirdən qayıtdıqdan sonra milli komandanın bir neçə futbolçusu da dindirilib.
Cənub-Şərqi Asiya ölkələrinin turniri avqustun əvvəlində Myanmada keçirilib. Laos yığması qrup mərhələsində Tailandla 0:5, Malayziya ilə 0:4, Filippinlə 1:4 və Myanma ilə 2:7 hesabı ilə məğlub olub.
LFF avqustun 7-də mümkün qanun pozuntuları ilə bağlı daxili araşdırmaya başladığını açıqlayıb. Bundan sonra toplanan materialların hüquq-mühafizə orqanlarına təqdim edildiyi bildirilib.
dəqiqələr içində saytın olsun.