Menyu

2018-2026-cı illərdə sosial ödənişlərdə 5 dəfəyə qədər artım olub

Operativ Media
2018-2026-cı illərdə sosial ödənişlərdə 5 dəfəyə qədər artım olub
1 dəq oxu

Prezident İlham Əliyevin uğurlu siyasətinin əsas istiqamətlərindən biri də vətəndaş rifahının təminatı, ölkənin sosial müdafiə sisteminin gücləndirilməsidir.

ƏƏSMN-dən Operativ Media-ya verilən məlumata görə, son 7 ildə ölkəmizdə icra olunan 5 sosial islahat paketinin uğurlu nəticələrinə nəzər saldıqda əməkhaqqı, pensiya, müavinət və təqaüdlər üzrə ödənişlərdə dəfələrlə artımlar edilib.

2018-2026-cı illərdə minimum və orta aylıq pensiyada 2,9 dəfə, minimum əməkhaqqında 3,1 dəfə, orta aylıq əməkhaqqında 2,2 dəfə, sosial müavinət və təqaüd ödənişlərində 5 dəfə, ünvanlı sosial yardımın orta məbləğində isə 2,5 dəfə artım baş verib.

Pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım üzrə aylıq sosial ödənişlərin əhatə dairəsi 2,2 milyon nəfəri əhatə edir, məbləği isə 900 milyon manata çatıb.

Dövlətimizin başçısının Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı gələn il də minimum əməkhaqqı, pensiya və sosial müavinətlərin artırılacağını elan etməsi bu ödənişlərdəki artımların davamlı xarakter aldığını, sosial rifahın təmin edilməsi istiqamətində qarşıdakı dövrdə də mühüm addımların atılacağını bir daha təsdiq edir.


Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər