Menyu

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Səbuhi Əliyev kimdir? - DOSYE

Xəbərlər redaksiyası
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Səbuhi Əliyev kimdir? - DOSYE
1 dəq oxu

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin 7 oktyabr 2026-cı il tarixli sərəncamı ilə Dövlət Statistika Komitəsinin Aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev komitə sədrinin müavini təyin edilib.

Operativ Media Səbuhi Əliyevin dosyesini təqdim edir:

Səbuhi Əliyev 1983-cü ildə anadan olub.

O, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2009-cu ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2004-2005-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub.

Səbuhi Əliyev 2007-2010-cu illərdə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində, 2010-2019-cu illərdə isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun İdarə Edilməsi Agentliyində baş məsləhətçi, sektor müdiri və digər vəzifələrdə çalışıb.

2019-cu ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində fəaliyyət göstərib. 2019-2020-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim işləyib.

2019-2024-cü illərdə Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən şöbə müdiri vəzifəsində çalışıb.

2024-cü il avqustun 19-dan 2026-cı il aprelin 13-dək həmin Agentliyin direktor müavini vəzifəsində işləyib.

2026-cı il aprelin 14-dən avqustun 24-dək Dövlət Statistika Komitəsi sədrinin müşaviri, avqustun 24-dən oktyabrın 7-dək isə Dövlət Statistika Komitəsinin Aparat rəhbəri vəzifəsində çalışıb.

O, Prezident İlham Əliyevin 21 iyun 2025-ci il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Səbuhi Əliyev ailəlidir, iki övladı var.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər