Menyu

"Barselona" gənc futbolçusu ilə müqavilə yeniləyib

Operativ Media
"Barselona" gənc futbolçusu ilə müqavilə yeniləyib
1 dəq oxu

İspaniya təmsilçisi “Barselona” sağ cinah müdafiəçisi Xavi Espartla müqavilənin müddətini uzadıb.

Operativ Media xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Futbolçunun yeni sözləşməsi 2030-cu ilədək nəzərdə tutulub. 19 yaşlı futbolçu “Barselona”nın yetirməsidir. O, 8 yaşından klubun akademiyasında çıxış edib. Espart əsas komandada debütünü bu il UEFA Çempionlar Liqasında “Nyukasl”a (İngiltərə) qarşı oyununda edib.

Müdafiəçi əsas komandada ümumilikdə 11 matçda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib

Əlaqəli Xəbərlər