Menyu

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

Operativ Media
Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib
1 dəq oxu

Kubalı peşəkar voleybolçu Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzində reabilitasiya keçərək uğurlu nəticə əldə edib.

Bu barədə Operativ Media-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, kubalı voleybolçu Luis Elian Estrada iki il əvvəl məşq zamanı diz travması səbəbindən əməliyyat olunub. Bir çox ölkədə reabilitasiya keçsə də, hərəkət və oyun zamanı ağrıları davam edib, idman performansında çətinliklər yaşayıb.

Azərbaycanda fəaliyyətə başladıqdan sonra Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzinə müraciət edən idmançı mütəxəssislərin nəzarəti altında reabilitasiya proqramına cəlb olunub.

Reabilitasiya proqramından sonra voleybolçunun fiziki vəziyyəti yaxşılaşıb və yarışlarda daha uğurlu nəticələr əldə edib.

Əlaqəli Xəbərlər