Menyu

Fazil Mustafa: Xəzərlə bağlı ekoloji problemlərin həlli üçün real addımlar atılmalıdır

Operativ Media
Fazil Mustafa: Xəzərlə bağlı ekoloji problemlərin həlli üçün real addımlar atılmalıdır
1 dəq oxu

Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı indiyədək səsləndirilən təşəbbüslər real nəticə verməyib.

Operativ Media xəbər verir ki, bunu deputat Fazil Mustafa bildirib.

Deputat qeyd edib ki, Xəzərin ekoloji vəziyyəti ilə bağlı dəfələrlə məsələ qaldırılsa da, problemlərin həlli istiqamətində gözlənilən nəticələr əldə olunmayıb.

Onun sözlərinə görə, çirkab sularının Xəzərə axıdılmasının tam qarşısını almaq mümkün olmayıb. Eyni zamanda, Xəzər suyunun təmizlənərək istifadəsi ilə bağlı layihələr müzakirə edilsə də, onların nəticəsi olmayıb.

F.Mustafa hesab edir ki, Xəzərin çirklənməsinin qarşısını almaq üçün daha ciddi tədbirlər görülməlir.

Deputat vurğulayıb ki, Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına yönələn layihələrin həyata keçirilməsi beş Xəzəryanı ölkənin iradəsindən asılıdır.

“Xəzərlə bağlı ekoloji layihələrin həyata keçirilməsi beş ölkənin iradəsinə bağlıdır. Hər ölkə öz məsuliyyətini dərk edib addım atmalıdır”, – deyə F.Mustafa bildirib.

Əlaqəli Xəbərlər