Menyu

Beyləqanda məktəbdə zəhərlənmə baş verib, araşdırma aparılır

Operativ Media
Beyləqanda məktəbdə zəhərlənmə baş verib, araşdırma aparılır
1 dəq oxu

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.

Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

İlkin araşdırmaya əsasən, hadisə şagirdlərin “Texnologiya” dərsi zamanı özləri hazırladıqları qidanı istehlak etdikdən sonra baş verib.

Şagirdlərə müvafiq tibb müəssisəsində yardım göstərilir. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Fotogalereya

Əlaqəli Xəbərlər