Menyu

Gəncədə bıçaqlanan şəxs xəstəxanada ölüb

Operativ Media
Gəncədə bıçaqlanan şəxs xəstəxanada ölüb
1 dəq oxu

Gəncə şəhərində bıçaq xəsarəti alan şəxs xəstəxanada ölüb.

Operativ Media xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Röyal Həsənov kəsici alətlə alınan xəsarət nəticəsində xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis və prokurorluq orqanının əməkdaşları cəlb olunub.

Əlaqəli Xəbərlər