Menyu

Masazırda motosikletlə avtomobil toqquşub

Operativ Media
Masazırda motosikletlə avtomobil toqquşub
1 dəq oxu

Masazır-Novxanı yolunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Operativ Media xəbər verir ki, qəza yolun Masazır qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "KİA" markalı minik avtomobili motosikletlə toqquşub.

Toqquşma nəticəsində motosikletdə olan iki gənc oğlan həyatını itirib.

Hadisənin təfərrüatları araşdırılır.

Əlaqəli Xəbərlər