Menyu

Bakı–Şamaxı yolunda avtomobil aşıb

Operativ Media
Bakı–Şamaxı yolunda avtomobil aşıb
1 dəq oxu

Bakı–Şamaxı avtomobil yolunun Qobustandan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Operativ Media xəbər verir ki, “Audi” markalı avtomobilin sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü və iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralıların Bakı şəhərindəki xəstəxanalardan birinə aparıldığı bildirilib.

Əlaqəli Xəbərlər