Şəkərli diabet niyə gənclər arasında yayılır? - VİDEO
İkinci tip şəkərli diabet artıq yalnız yaşlılarda deyil, 15-18 yaşlı yeniyetmələrdə də müşahidə olunur. Artıq çəki, hərəkətsizlik, stress, yuxu pozuntuları və qeyri-sağlam qidalanma xəstəliyin əsas risk amilləri sırasındadır.
Operativ Media "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, endokrinoloq Hidayət Məmmədzadənin sözlərinə görə, diaqnostikanın genişlənməsi də xəstəliyin daha erkən aşkarlanmasına təsir edir. Şikayətlər olmasa belə, müayinələr zamanı diabet müəyyən edilə bilər.
Mütəxəssis sağlam qidalanmağı, fiziki aktivliyi artırmağı, yuxu rejiminə riayət etməyi və qan şəkərini mütəmadi yoxlatdırmağı tövsiyə edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 2024-cü ildə 340 205 nəfər, 2025-ci ildə isə 344 577 nəfər olub.
Ətraflı videoda: