Menyu

Qalibaf: ABŞ İranın etimadını yalnız 7 şərti yerinə yetirməklə bərpa edə bilər

Nicat Hüseynli
Qalibaf: ABŞ İranın etimadını yalnız 7 şərti yerinə yetirməklə bərpa edə bilər
1 dəq oxu

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ın Tehranın irəli sürdüyü yeddi şərti yerinə yetirməklə itirilmiş etimadı bərpa edə biləcəyini bildirib.

Operativ Media xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Məlumata görə, Qalibaf bu fikirləri Pakistan Müdafiə Qüvvələrinin rəisi marşal Asim Munirlə görüşündə səsləndirib.

O, İranın müharibə istəmədiyini, lakin ölkəsini müdafiə etməyə hazır olduğunu vurğulayıb və ABŞ-ı münaqişənin başa çatması üçün addımlar atmağa çağırıb.

Əlaqəli Xəbərlər