Menyu

Sabah Hökməli–Qobu–Güzdək yolunda hərəkət dayandırılacaq

Operativ Media
Sabah Hökməli–Qobu–Güzdək yolunda hərəkət dayandırılacaq
1 dəq oxu

21 oktyabr saat 08:00-dan etibarən Abşeron rayonunda Hökməli–Qobu–Güzdək avtomobil yolunun 4-cü kilometrliyində təmir işləri aparılacaq.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib.

Təmir işləri ilə əlaqədar qeyd olunan yol hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərdən əvvəlcədən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Əlaqəli Xəbərlər