Menyu

Naxçıvanda ağır qəza baş verib: 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb

Operativ Media
Naxçıvanda ağır qəza baş verib: 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb
1 dəq oxu

Culfa rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Operativ Media AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə rayonun Ərəzin kəndi ərazisində qeydə alınıb. Belə ki, 3 maşının iştirakı ilə baş verən qəzada 8 nəfər yaralanıb. Qəza zamanı 2022-ci il təvəllüdlü Quliyev Səid Səlim oğlu həyatını itirib.

Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər