Menyu

Ankarada avtobus qəzasında 24 nəfər xəsarət alıb

Nicat Hüseynli
Ankarada avtobus qəzasında 24 nəfər xəsarət alıb
1 dəq oxu

Türkiyənin paytaxtı Ankarada EGO avtobusunun piyada üst keçidinin sütununa çırpılması nəticəsində 24 nəfər yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Hadisə Etimesqut rayonunun Erler məhəlləsində baş verib. 530-1 marşrutu üzrə hərəkət edən avtobus idarəetmədən çıxaraq üst keçidin sütununa çırpılıb.

Qəza yerinə polis və bələdiyyə qüvvələri cəlb olunub. Avtobusda sıxılıb qalan sürücü xilas edilərək tibb heyətinə təhvil verilib. Yaralılar xəstəxanalara çatdırılıb.

Əlaqəli Xəbərlər