Menyu

Vitkoff Putin, Tramp və Zelenski arasında görüş təklifini Rusiyaya çatdıracaq

Nicat Hüseynli
Vitkoff Putin, Tramp və Zelenski arasında görüş təklifini Rusiyaya çatdıracaq
1 dəq oxu

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya rəhbərliyinə Putin, Tramp və Zelenski arasında üçtərəfli görüş keçirilməsi təklifini təqdim edəcək.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Norveçin Baş naziri Yonas Qahr Störe Vitkoffun Sankt-Peterburqa səfər edərək ABŞ, Ukrayna və Avropa nümayəndələrinin müzakirə etdiyi təklifləri çatdıracağını bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə Rusiyanın hücumlarını dayandıracağı təqdirdə Ukraynanın da Rusiyanın enerji infrastrukturunu hədəfə almamağa hazır olduğunu deyib.

Əlaqəli Xəbərlər