Menyu

Parisdə qarşıdurmalardan sonra 300-dən çox şəxs məhkəməyə çıxarılıb

Nicat Hüseynli
Parisdə qarşıdurmalardan sonra 300-dən çox şəxs məhkəməyə çıxarılıb
1 dəq oxu

Parisdə baş verən qarşıdurmalarla bağlı 300-dən çox şəxs məhkəmə qarşısına çıxarılıb.

Operativ Media xəbər verir ki, bu barədə Paris prokuroru Lor Beku “RTL” radiosuna açıqlamasında ilkin olaraq 557 nəfərin saxlanılması məsələsinə baxıldığını bildirib.

Lor Bekunun sözlərinə görə, məsuliyyətə cəlb olunan şəxslərdən heç biri siyasi motivlərlə hərəkət etdiyini bəyan etməyib. O, araşdırmaların davam etdiyini və şahidləri hadisələrin video görüntülərini polisə təqdim etməyə çağırıb.

O, həmçinin qarşıdurmalar zamanı qarət edilən malları internet üzərindən satmağa çalışan şəxslərin də araşdırıldığını qeyd edib.

Əlaqəli Xəbərlər