Menyu

Hövsan Yarış Kompleksi U-15 dünya çempionatına tam hazırdır

Operativ Media
Hövsan Yarış Kompleksi U-15 dünya çempionatına tam hazırdır
1 dəq oxu

Paytaxt Bakı bu günlərdə növbəti beynəlxalq idman yarışına - tarixdə ilk dəfə keçirilən FIFA U-15 dünya çempionatı və festivalına ev sahibliyi edir.

Operativ Media xəbər verir ki, yarışda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər.

Turnirə ümumilikdə 4 minə yaxın gənc futbolçu, məşqçi və rəsmi şəxs qatılır. Çempionat çərçivəsində 1000-ə yaxın oyun təşkil olunacaq.

Oyunların əksəriyyətinin keçiriləcəyi Hövsan Yarış Kompleksində matçların yüksək səviyyədə keçirilməsi üçün bütün tədbirlər görülüb.

Qısa müddət ərzində inşa edilən kompleksdə 10 futbol meydançası 20 oyunun eyni anda keçirilməsinə uyğun hazırlanıb, həmçinin burada yarışın yüksək səviyyədə təşkili üçün bütün digər zəruri infrastruktur yaradılıb.

Əlaqəli Xəbərlər