http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

24 Oktyabr 2022 , 11:17
Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Sumqayıt şəhərində polis əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı silsilə əməliyyatlar keçirib

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən silsilə əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb. Nəticədə əvvəllər məhkum olunmuş Xanlar İbayev, Teymur Məmmədov, İlham Mirzəyev və Ruqiyyə Əsgərova tutularaq istintaqa təqdim ediliblər. Onlardan ümumilikdə 3 kiloqrama yaxın heroin və psixotrop tərkibli metadon həbləri aşkar olunub. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri sosial şəbəkələr vasitəsi ilə əlaqə yaratdıqları naməlum şəxslərdən satmaq məqsədi ilə əldə etdikləri bildiriblər. 

Qeyd edək ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılan Ruqiyyə Əsgərovanın oğlu Pərviz Əsgərov da bir neçə ay bundan əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Ruqiyyə Əsgərova da ötən ay narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etdiyi üçün bir dəfə polislər tərəfindən tutulub. Amma onun qadın olması və yaşı nəzərə alınaraq barəsində məhkəmə tərəfindən həbs yox, polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi. Buna baxmayaraq Ruqiyyə Əsgərova ona qarşı atılan bu humanist addımdan sui-istifadə edərək yenidən narkotiklərin qanunsuz dövriyyəsini təşkil edib. 

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Ümumilikdə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən bu ilin əvvəlindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 453 fakt aşkar edilib. Nəticədə qanunsuz dövriyyədən 30 kiloqram müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə, o cümlədən heroin, tiryək, marixuana və metamfetamin, eləcə də 290 ədəd psixotrop tərkibli həb çıxarılıb. 

Sumqayıt şəhəri ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

 

OXŞAR XƏBƏRLƏR
Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Nazirlik peyvəndlə bağlı çağırış edib

Nazirlik peyvəndlə bağlı çağırış edib

XƏBƏR LENTİ
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
Menyu