"Sabah"ın müdafiəçisi Eyden Makkarti: "Vikinq" də bizi nəzərə almalıdır
Operativ Media
1 dəq oxu
"Sabah"ın futbolçusu Eyden Makkarti Çempionlar Liqasının növbəti mərhələsi çərçivəsində keçiriləcək "Vikinq"lə oyundan əvvəl təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Operativ Media xəbər verir ki, komandanın müdafiə xəttinin üzvü qarşıdakı matça ciddi hazırlıq keçdiklərini bildirib. O, həm müdafiədə, həm də hücumda diqqətli olmağın vacibliyini vurğulayıb:
"Təkcə müdafiə xətti yox, bütün komanda birlikdə, vahid kollektiv kimi oynamalıdır. Hər vəziyyət fərqli həll tələb edir. Komanda yoldaşlarıma və özümə güvənirəm. Düşünürəm ki, hər vəziyyətin öhdəsindən bacardığımız qədər yaxşı gələcəyik. "Vikinq" də bizi nəzərə almalıdır".
Son oyunlarda sərgilədiyi performans və qol imkanları barədə də danışan Makkarti qazanılan inamın önəmini qeyd edib:
"Bu, özünəinamı artırır. Belə fürsət hər kəsə tez-tez nəsib olmur. Mənim üçün əsas odur ki, bunu növbəti oyuna daşıyım və yenidən fürsət düşsə, topu qapıya göndərim. Həmçinin müdafiədə etibarlı oynamalıyıq".
Xatırladaq ki, "Sabah" ilə "Vikinq" arasındakı qarşılaşma sabah keçiriləcək.
Sorğu