Menyu

Yunanıstanda İsrailə məxsus kruiz gəmisində bomba həyəcanı yaşanıb

Operativ Media
Yunanıstanda İsrailə məxsus kruiz gəmisində bomba həyəcanı yaşanıb
1 dəq oxu

Yunanıstanın Siroz adasının limanında İsrailə məxsus “Crown Iris” kruiz gəmisində bomba olması barədə məlumatla əlaqədar yoxlama aparılıb.

Operativ Media xəbər verir ki, hadisə zamanı gəmidə 940 sərnişin və 597 ekipaj üzvü olub.

Məlumata görə, naməlum şəxs radioəlaqə vasitəsilə gəminin kapitanı ilə əlaqə saxlayaraq onun sualtı hissəsinə partlayıcı qurğu yerləşdirildiyini bildirib.

Kapitan dərhal Siroz limanının administrasiyasına məlumat verib və təhlükəsizlik qüvvələri yoxlamaya başlayıb.

Aparılan yoxlama zamanı gəmidə hər hansı partlayıcı qurğu aşkarlanmayıb.

Əlaqəli Xəbərlər