Menyu

2027-ci ildə icmal səhiyyə xərcləri 4 milyard manat olacaq

Operativ Media
2027-ci ildə icmal səhiyyə xərcləri 4 milyard manat olacaq
1 dəq oxu

2027-ci ildə Azərbaycanda icmal səhiyyə xərclərinin 4 milyard manat olması proqnozlaşdırılır.

Operativ Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin dörd komitəsinin birgə iclasında 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, bu göstərici 2025-ci illə müqayisədə 1 milyard manat və ya 36 faiz çoxdur.

Sahil Babayev qeyd edib ki, dövlət büdcəsində səhiyyə xərcləri 2,1 milyard manat nəzərdə tutulub. Bu, 2025-ci ilin icra göstəricisi ilə müqayisədə 808 milyon manat və ya 63 faiz artım deməkdir. Nazir səhiyyə xərclərinin qiymətləndirilməsində icbari tibbi sığorta vəsaitlərini də nəzərə alaraq icmal büdcə göstəricilərinə baxılmasının vacibliyini vurğulayıb.

Əlaqəli Xəbərlər