Menyu

Gələn il təhsil və elm xərcləri 5,4 milyard manat olacaq

Operativ Media
Gələn il təhsil və elm xərcləri 5,4 milyard manat olacaq
1 dəq oxu

2027-ci ildə Azərbaycanda təhsil və elm xərclərinin 5,4 milyard manat olması proqnozlaşdırılır.

Operativ Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin dörd komitəsinin birgə iclasında 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, bu, 2025-ci ilin icra göstəricisi ilə müqayisədə 538 milyon manat və ya 11 faiz çoxdur. 2023–2027-ci illər ərzində təhsil və elm xərclərinin 1 milyard manat və ya 24 faiz artırılması nəzərdə tutulur.

Onun sözlərinə görə, təhsil və elm xərclərinin ümumi daxili məhsulda payı 3,8 faiz təşkil edəcək. Dünya üzrə orta göstərici isə 3,6 faizdir.

Əlaqəli Xəbərlər