Menyu

Azərbaycan Türkiyədən "Barkan" almaq istəyir

Nərmin Qocamanlı
Azərbaycan Türkiyədən "Barkan" almaq istəyir

Azərbaycan Türkiyədən “Barkan” insansız hərbi maşın almaq istəyir.

"Operativ Media" “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə “Barkan”ı istehsal edən Türkiyənin HAVELSAN şirkətinin sədri Hacı Əli Mantar məlumat verib.

O, artıq Türkiyə Silahlı Qüvvələrinin inventarında bir neçə “Barkan”ın olduğunu diqqətə çatdırıb.

“Barkan”la bağlı hazırda Malayziya, İndoneziya, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı, Pakistan, Ukrayna və Azərbaycanla danışıqlarımız davam edir”, - şirkət sədri qeyd edib.

Əli Mantar HAVELSAN-ın gəmilərin, eyni zamanda, digər platformaların komanda idarəetmə sistemləri sahəsində dünya ölkələri ilə əməkdaşlığa başladığını da vurğulayıb: “Azərbaycan, Ukrayna və Pakistanla müqavilələr imzalamışıq. Malayziya ilə danışıqlarımız davam edir. İndoneziyada 5 razılaşma var. Qətərlə müqavilələr bağlamışıq, ora da məhsullarımızı verməyə çalışırıq. Oman və Birləşmiş Ərəb Əmirlikləri ilə də danışıqlar aparırıq”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər