Menyu

1 vəkil Kollegiyadan xaric edilib, 3 vəkilə xəbərdarlıq edilib

Operativ Media
1 vəkil Kollegiyadan xaric edilib, 3 vəkilə xəbərdarlıq edilib
1 dəq oxu

Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Operativ Media-ya bu barədə VK-dan məlumat verilib.

İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə görülən işlər, əldə olunan nəticələr və qarşıda duran əsas prioritet istiqamətlər barədə məlumat verib.

Sonra iclasın gündəliyinə uyğun olaraq, bəzi vəkillərin digər vəkil qurumlarına keçirilməsi, müəyyən müddətə üzvlük haqqının ödənilməsindən azad olunması, dövlət qulluğuna qəbul edildiyinə görə vəkillik fəaliyyətinin dayandırılması, eləcə də vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciətlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəyləri müzakirə olunub. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına görə 1 vəkil Kollegiyadan xaric edilib, 2 vəkil barəsində cərimə intizam tənbehi tətbiq olunub, 3 vəkilə xəbərdarlıq edilib, 1 vəkilin isə gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.

Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər müzakirə edilib, onların həlli istiqamətində müvafiq qərarlar qəbul olunub.

Əlaqəli Xəbərlər