Menyu

Yeni Dehlidə havanın keyfiyyəti təhlükəli həddə çatıb

Nicat Hüseynli
Yeni Dehlidə havanın keyfiyyəti təhlükəli həddə çatıb
1 dəq oxu

Hindistanın paytaxtı Yeni Dehlidə Divali Festivalından sonra havanın keyfiyyəti indeksi 403-ə yüksələrək təhlükəli səviyyəyə çatıb.

Operativ Media xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Məlumata görə, sakinlər səhəri sıx tüstü və aşağı görmə məsafəsi ilə qarşılayıblar.

Mərkəzi Hava Çirklənməsinə Nəzarət Şurasının (CPCB) məlumatına əsasən, şəhərdə hava keyfiyyəti indeksi əvvəlki gün qeydə alınan 350 göstəricisindən 403-ə yüksəlib.

Əlaqəli Xəbərlər